İcbari Avto Sığorta

Avtomobil məlumatlarını daxil edin

Mühərrik həcmi

Şəxsi məlumatlarınızı daxil edin

  • AZE
  • AA
ID Card Image

Sığorta şirkətləri barədə reytinq və rəylərlə tanış olduqdan sonra seçim etməyinizi tövsiyyə edirik

Paşa Sığorta
Bakı Sığorta
Xalq Sığorta
Xalq Sığorta
Mega Sığorta
Xalq Sığorta

İcbari Avto Sığorta

Online İcbari Avto Sığorta almaq artıq 1sigorta.az icbari sığorta bürosu ilə daha asandır. Bunun üçün sizə cəmi 1 dəqiqə kifayətdir ki, icbari avtomobil sığortanızı onlayn olaraq ala biləsiniz. Texnologiyanın inkişaf etməsi nəticəsində online sığorta xidmətləri də yaranmağa başladı. Onlayn İcbari Avto Sığorta kimi digər sığorta xidmətlərini də sizə artıq onlayn şəkildə təqdim edirik. Sığorta ödənişlərinizi onlayn şəkildə etmək artıq çox sadə bir şəkildə mümkündür. Evdən çıxmadan bütün sığorta işlərinizi həll edə bilərsiniz. İcbari sığorta bürosu sizə sığorta şərtlərini ən uyğun şəkildə təqdim edir. Avtonəqliyyat vasitələrinin icbari sığortasını yoxlamaq xidmətindən yararlana bilərsiniz.

İcbari Avtomobil Sığortası

İcbari Avtomobil Sığortası - Qanunvericiliklə tələb olunan və yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərə zərər yetirildikdə sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür. İcbari Avto Sığorta qəza zamanı qarşı tərəfə verdiyiniz zərərə 5000 AZN-dək təminat verir. Avtonəqliyyat vasitələrinin icbari sığortasını yoxlamaq üçün hadisə zamanı siz sığorta mütəxəssisini və yol polisini hadisə yerinə dəvət edərək hadisəni müvafiq formatda aktlaşdırırsınız. Daha sonra isə sığorta şirkətiniz sizin üçün dəymiş zərərin miqyasını müəyyən edərək avto nəqliyyat vasitənizin təmiri üçün ödəniş edir və ya müvafiq avtomobil servisində təmir etdirərək sizə təhvil verir.

İcbari Sığorta Bürosu (İSB) və bonus-malus sistemi

İcbari Sığorta Bürosu bildiyiniz kimi icbari sığorta ödənişlərinə və bu ödənişlərin hesablanmasında istifadə olunan bonus-malus sisteminə nəzarət edir. Bu sistem daxilində İSB tərəfindən sizin qəzasız keçirdiyiniz hər sığorta ilinə görə bonus hesablanır sürücüyə. Nəticə etibarı ilə rəsmi şəkildə sizi mükafatlandırmış olur. Əks hal baş verəndə isə sizə malus hesablanaraq cərimə kimi tətbiq olunur. İSB.az bununla da sürücüləri daha məsuliyyətli olmağa, qaydalara riayət etməyə çağırmış olur.

Avtomobil Siğortası və İcbari siğorta

Avtomobil Sığortası sığorta şirkətləri tərəfindən bir neçə formada təklif edilir. Rəsmi qaydalara əsasən istənilən nəqliyyat vasitəsinin İcbari Avto Sığortası olmaq məcburiyyəti vardır. Onlayn İcbari Avtomobil Sığortası olmadığı təqdirdə siz qanunla müəyyən edilmiş məbləğdə cərimələnəcəksiniz. İcbari sığorta sizə 5000 manatadək təminat vəd edir. Bu da sizin qarşılaşacağınız xoşa gəlməz hallarda daha rahat olmanız üçün dövlət tərəfindən yaradılmış imkandır.

Avto sığorta yoxlamaq onlayn formada

Avto sığorta yoxlamaq xidmətimizdən siz də faydalana bilərsiniz. Avtonəqliyyat vasitələrinin icbari sığortasını yoxlamaq xidməti sizə əlverişli və münasib şərtlərlə təqdim edilir. Sığorta etdirdikdən sonra ən xırda detalları belə sizin üçün onlayn yaranmış sığorta profilindən baxa və nəzarət edə bilərsiniz. Hər hansı bir dəyişiklik olsa, burada öz əksini tapır. Şəxsiyyət vəsiqəsi və ya avtomobilin qeydiyyat nişanı kimi məlumatları daxil etməklə avto sığorta yoxlamaq imkanından istifadə edə bilərsiniz. Çox asan bir formada, sayta daxil olaraq avto sığorta yoxlamaq əməliyyatını həyata keçirə bilərsiniz. Mobil telefonlar vasitəsi ilə də çox asanlıqla avto sığorta işlərini həyata keçirə bilərsiniz.

İcbari Avto Sığorta ilə Gələcəyinizi Təmimat Altına Alın!

Avtomobillərin icbari sığortası haqqında bütün qanunlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü fəsilində qeyd olunmuşdur. Avtomobillərin sığorta olunması olduqca vacibdir. Çünki ölkədəki nəqliyyat sıxlığı sayəsində tez-tez qəzalar baş verə bilir. Bu səbəbdən avtomobil sahibləri xeyli miqdarda məbləğ ödəyərək maddi ziyana uğrayırlar. İcbari sığorta sayəsində siz təminat olaraq avtomobilinizə dəymiş ziyanı ödəməkdən azad ola bilirsiniz. Həmçinin sığorta ödənişlərinizi unutduğunuz zaman saytımıza daxil olaraq burada yoxlaya bilmək imkanına da sahibsiniz.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı ödəniləcək məbləğlər:

Adından da göründüyü kimi sizin üçün vacib olan bütün əmlaklarınızın sığortası gələcəyiniz üçün edə biləcəyiniz əsas zəmanətlərdən biridir. Ona görə də avtomobilinizi sığorta etdirməyi unutmayın və 1sigorta.az kimi etibarlı sığorta şirkətlərinə müraciət etməyinizi tövsiyyə edirik.

Onlayn İcbari sığorta vaxt qazandırır

Onlayn icbari sığorta almaq sizin üçün əlavə vaxt qazandırır. Müxtəlif sığorta agentlərinin sizi zəng edib narahat etməsindən narahat olmusunuzsa 1sigorta.az ilə onlayn icbari avto sığorta ala bilərsiniz. Bunun üçün sizə sadəcə şəxsi məlumatlarınız,yəni - şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və texpassport lazım olacaq. Daha sonra sığorta şirkətini seçərək icbari avto sığorta müqaviləniz üçün nəzərdə tutulmuş məbləği ödəyə biləcəksiniz. Sığorta ödənişini həyata keçirdikdən sonra, sizin avtonəqliyyat vasitəniz sığorta edilmiş olacaq və rahatlıqla avtonəqliyyat vasitənizi idarə edə bilərsiniz.

Onlayn İcbari Avto Sığorta almağın üstünlükləri

Onlayn İcbari Avto Sığorta almağın üstünlükləri barədə deyə bilərik ki, cərimələr hazırda yollarda quraşdırılmış kameralar tərəfindən avtomatik olaraq edilir. Bunu nəzərə alaraq maksimum dərəcədə çalışmalısınız ki, maşın sığortası bitmədən siz yeni sığortanızı əldə edəsiniz. Əgər icbari sığorta bitibsə sığortanızı yeniləmədən nəqliyyat vasitənizi idarə etməməlisiniz. Hazırda isə icbari sığortanızı lazım olan anda yeniləyə bilməyiniz üçün 1sigorta.az onlayn sığorta platforması var. Siz 1sigorta.az saytı vasitəsi ilə maşın üçün icbari avto sığortanı 1 dəqiqə ərzində əldə edərək yolunuza rahatlıqla davam edə biləcəksiniz.

İcbari Siğorta Bürosu (İSB) nədir?

İcbari sığortalar haqqında qanunla nəzərdə tutulanların yerinə yetirilməsi üçün həmin qanunun tələbləri nəzərə alınmaqla AR-ın Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir. İcbari Sığorta Bürosu (İSB) özlüyündə sığorta olunanların, zərərçəkən və zərər vurulan şəxslərin müdafiəsini, icbari sığorta ilə bağlı sisteminin sabitliyi və inkişafını təmin etmək üçün yaradılmışdır. Siz də ola biləcək hər hansı narahatçılığınız üçün birbaşa İSB-yə müraciət edə bilərsiniz. İcbari Sığorta Bürosu sizin müraciətinizi qeydə alaraq, araşdıracaq və hüquqi olaraq sizə yardımçı olacaqdır.

İSB az fəaliyyəti nədən ibarətdir?

Sığorta şirkətləri birlikdə İSB.az - ın təməlini qoymuş və formalaşdırmışdır. Bu da özündə o mənanı ifadə edir ki, İSB.az həm dövlət qurumu olaraq nəzarət edici mövqeyə malikdir, həm də şirkətlərin ortaq marağını qoruyan fərdi qurum səlahiyyətlərinə malikdir.

İcbari Sığorta Sizə nə qazandırır?

İcbari Sığorta alışı artıq tam olaraq onlaynlaşıb. Bununla da siz öz avtonəqliyyat vasitənizə 5000 AZN-dək təminat əldə edirsiniz. Əgər hər hansı qəza hadisəsi olarsa icbari sığorta sizin zərər çəkmiş tərəfə vurduğunuz ziyanın 5000 manatadək olan hissəsini qarşılayacaq. Beləliklə siz, icbari sığorta ilə çox az məbləğ ödəyərək böyük təminat əldə etmiş olursunuz.

İcbari sığorta Kalkulyatoru nə üçün lazımdır?

İcbari Sığorta Kalkulyatoru icbari sığortanı online yoxlamaq üçün istifadə edilən yeni bir funksiyadır. İcbari sığortanı online yoxlamaq üçün təqdim edilən, hesablayıcı icbari sığorta kalkulyatoru çox sadə və asan istifadə olunan bir alətdir. İcbari sığorta ilə bağlı hesablamalarınızı icbari sığorta kalkulyatoru vasitəsi ilə asanlıqla edə bilərsiniz.